FIFA Türkiyənin tələbini RƏDD ETDİ - “İkinci saatı var idi”

Türkiyə Futbol Federasiyası (TFF) FIFA-dan Dünya Çempionatı çərçivəsində keçirilən Türkiyə-Paraqvay matçının təkrarlanmasını tələb edib.

Jun 24, 2026 - 12:49
FIFA Türkiyənin tələbini RƏDD ETDİ - “İkinci saatı var idi”

SAVASHMEDİA.az xəbər verir ki, buna səbəb matçın 45-ci dəqiqəsində paraqvaylı futbolçu Matias Galarzanın hakim İvan Bartonun yerə düşən saatını götürüb biləyinə taxmasıdır. 

Futbolçunun daha sonra saatı hakimə qaytardığı iddia edilsə də, bu, heç bir kadra düşməyib.

TFF isə FIFA-nın “hakimin nüfuzuna xələl gətirən və matçı düzgün idarə etməsinə mane olan hərəkətlər və davranışlar oyunun təkrarlanmasını zəruri edir” qaydasını əsas gətirərək quruma müraciət edib.

FIFA müraciəti qəbul edib və TFF-yə məsələ ilə bağlı qərarını bildirib: 

“Qaydalar aydın və açıqdır, sizin müşahidələriniz və sübutlarınız etibarlı olsa da, onlar hakimin öz vəzifəsini yerinə yetirmədiyi və ya fəaliyyətində zəiflik olduğu tezisini sübut etmir. Hakimin ikinci saatının olması bu ehtimalları aradan qaldırır. İkinci saat bu məsələni həll edir”.

Xatırladaq ki, Türkiyə millisi Avstraliyaya 0-2, Paraqvaya 0-1 hesabları ilə məğlub olmaqla qrupdan çıxmaq şansını itirib.  “Ay-ulduzlu”lar formal olaraq son matçını 26 iyunda (Bakı vaxtı ilə 06:00) ABŞ-yə qarşı keçirəcək.

Banu