Əziz Yıldırım qırmızı vərəqədən sonra ONA ZƏNG EDİB - "Turan Tovuz" rəsmisi TƏSDİQLƏDİ
"Turan Tovuz"la "Fənərbaxça" arasında keçirilmiş dostluq oyunu (0:2) başa çatsa da, bu qarşılaşma barədə müzakirələr səngimir.
SAVASHMEDİA.az xəbər verir ki, İstanbul təmsilçisinin legioneri Meyson Qrinvuda qırmızı vərəqə göstərildikdən sonra yaşananlarla bağlı müxtəlif iddialar səsləndirilir.
Belə ki, 33-cü dəqiqədə Roderik Millerə qarşı kobudluq edən "Fənərbaxça" futbolçusunun qırmızı vərəqə alması klub prezidenti Əziz Yıldırımın ürəyincə olmadığı və bu qərara sərt etiraz etdiyi bildirilir.
Həmin epizoddan sonra Əziz Yıldırım əsəbiləşərək klub rəsmisi Oğuz Çətinə zəng edib və “Bu nə şoudur çıxarırsınız?!” deyə iradını bildirib.
Məlumatı matc.az-a təsdiqləyən “Turan Tovuz”un İdarə Heyəti sədrinin müavini Həsən Zeynalov yayılan xəbərlərin doğru olmadığını bildirib.
"Əziz bəy birinci hissəni "skyloung"dən izlədi. İkinci hissədə isə "skybox"a keçdi və oyunu dövlət rəsmiləri ilə birlikdə izlədi. Bakını tərk edəndə isə hansısa narazılıq eşitmədik".