Ölülər qəbirdə niyə AYILIR? - Nevroloq Qalib Əsədovdan İZAH + VİDEO
Letargik yuxu zamanı insan ölümə bənzər dərin vəziyyətə düşə və ölü hesab edilərək dəfn oluna bilər.
SAVASHMEDİA.az xatırladır ki, tarixdə insanların ölü hesab edilərək dəfn olunması, daha sonra isə qəbirdə ayılması ilə bağlı müxtəlif hadisələrdən bəhs edilir.
Onların arasında rus yazıçısı Nikolay Qoqol, fransız Anjelo Hays, amerikalı Essi Danbar və digərlərinin adlarını çəkmək olar.
Qoqolun 1931-ci ildə məzarı açıldıqdan sonra onun tabutda ayıldığı barədə əfsanə geniş yayılıb. 1915-ci ildə dəfn zamanı sağ olduğu iddia edilən Essi Danbar və motosiklet qəzasından sonra öldüyü düşünülən, lakin sonradan sağ olduğu bildirilən Anjelo Hays da bu cür hekayələrlə gündəmə gələn şəxslərdəndir.
Diri-diri dəfn olunmaq qorxusu XIX əsrdə o qədər geniş yayılmışdı ki, tabutdan siqnal göndərməyə imkan verən xüsusi təhlükəsizlik tabutları hazırlanırdı.
Həkim-nevroloq Qalib Əsədov letargik yuxu və belə halların tibbi tərəfləri barədə danışıb.
Həkimin mövzu ilə bağlı açıqlamasını təqdim edirik:
Посмотреть эту публикацию в Instagram