Pünhandan 15 min manat istəyib? - Alim Qasımovdan “ETİK DEYİL” AÇIQLAMASI

Azərbaycanlı müğənni Pünhan Piriyevin Xalq artisti Alim Qasımovun toyunda iştirak üçün ondan 15 min manat istəməsi ilə bağlı açıqlaması gündəm olub.

Oct 5, 2026 - 20:03
Pünhandan 15 min manat istəyib? - Alim Qasımovdan “ETİK DEYİL” AÇIQLAMASI

SAVASHMEDİA.az xəbər verir ki, Pünhan Piriyevin sözlərinə görə, o, toyunda Alim Qasımovun iştirak etməsini istəsə də, xanəndə buna görə 15 min manat qonorar tələb edib. 

Pünhan isə açıqlamasında bu məbləğlə razılaşmadığını deyib.

Mövzu ilə bağlı lent.az-a açıqlama verən xanəndə iddianı nə təsdiq, nə də təkzib edib.

“Bu, iki şəxsin arasında olan söhbətdir və bu haqda danışmaq etik deyil”, - xanəndə bildirib.

Qeyd edək ki, Alim Qasımovun meneceri İlkin Robin Pünhan Piriyevin əvvəlcə özü ilə əlaqə saxladığını və xanəndənin toy qiymətini soruşduğunu bildirib. Onun sözlərinə görə, Pünhana qiymət aralığı deyilib və Alim Qasımovla şəxsən danışması tövsiyə olunub.

Aytən