“Bu, sülhə doğru ilk addım ola bilər” – britaniyalı nazir

ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında görüş Ukrayna münaqişəsində sülhə doğru “ilk addım ola bilər”. 

Aug 15, 2025 - 17:47
“Bu, sülhə doğru ilk addım ola bilər” – britaniyalı nazir

SAVASHMEDİA.az BBC-yə istionadən xəbər verir ki, bunu Britaniya müdafiə naziri Con Hili deyib.

O əlavə edib ki, atəşkəs əldə olunarsa, Britaniya atəşkəs rejimini möhkəmləndirmək məqsədilə Ukraynadakı vəziyyətə “müdaxilə etməyə” hazırdır.

Bununla belə, o, həmçinin bildirib ki, “Putin bu gün Alyaskada niyyətinin ciddi olmadığını göstərərsə, hokumət ona qarşı iqtisadi sanksiyaları və təzyiqləri artırmağa” hazırdır.

Tramp bu gün başlanacaq sammiti “sınaq görüşü” kimi səciyyələndirib və məqsədinin Zelenski ilə Putin arasında görüş üçün “zəmin yaratmaq” olduğunu bildirib.

Xatirə SADİQ