“Belə olmur, Putin Zelenski ilə danışmalıdır” - Trampın xüsusi nümayəndəsi

ABŞ prezidentinin xüsusi nümayəndəsi Kit Kelloq Putinin Zelenski ilə birbaşa danışıqlardan yayına bilməyəcəyinə diqqəti cəlb edib. 

Feb 14, 2025 - 15:30
“Belə olmur, Putin Zelenski ilə danışmalıdır” - Trampın xüsusi nümayəndəsi

SAVASHMEDİA.az xəbər verir ki, bunu Kelloq “Tagesthemen” proqramına müsahibəsində deyib. 

“Biz başa düşürük ki, üç tərəf bir-biri ilə danışmalıdır, xüsusən də iki əsas iştirakçı – rusiyalılar və ukraynalılar oturub danışmalıdırlar”, - deyə xüsusi nümayəndə vurğulayıb.

Kelloq amerikalı pezidentin yalnız Putinlə danışıqlar aparmaq istəməsi ilə bağlı ittihamları rədd edib. O, xüsusi olaraq vurğulayıb ki, Kreml lideri Ukrayna prezidenti ilə danışmalıdır.

“Biz Putinə deməliyik: onunla danışmaq istəmədiyinizi deyə bilməzsiniz. O, deyirdi ki, Zelenski legitim prezident deyil, mən onunla danışmayacağam. Amma bu, belə işləmir. Onlar danışmalıdırlar. Və hər iki tərəf nədəsə geri çəkilməlidir”, - deyə Kelloq əlavə edib.

Xatirə SADİQ