NATO üzvləri Brüsseldə toplanacaqlar  

NATO-ya üzv ölkələrin xarici işlər nazirləri aprelin 3-4-də Brüsseldə bir araya gələcəklər. 

Mar 5, 2025 - 15:52
NATO üzvləri Brüsseldə toplanacaqlar  

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə NATO-nun mətbuat xodməti məlumat yayıb.

İclasa alyansın baş katibi Mark Rutte sədrlik edəcək. Bu, ABŞ-də hakimiyyət dəyişikliyindən sonra blokun xarici işlər nazirlərinin ilk iclası olacaq. ABŞ-nin yeni dövlət katibi Marko Rubionun da toplantıda iştirakı gözlənilir.

Bu görüş NATO ölkələri liderlərinin sammiti ərəfəsində baş tutacaq. Sammitin  iyunun sonunda Niderlandın Haaqa şəhərində keçirilməsi planlaşdırılır.

Bu, prezident Donald Trampın Avropa müttəfiqlərinə müdafiə xərclərini ÜDM-in 5%-ə qədər artırmaq çağırışları fonunda baş verir. Qeyd edək ki, ABŞ özü bu vəsaiti ölkənin müdafiəsi üçün ayırmır.

Donald Trampın Ağ Evə qayıtmasından sonra müttəfiqlər arasında ABŞ-nin NATO-dan çıxacağı ilə bağlı narahatlıqlar artıb. NATO qüvvələrinin keçmiş komandanı hesab edir ki, Avropa buna hazır olmalıdır.

Xatirə SADİQ