Myanma rejiminin başçısı Putini “kral” adlandırdı

Moskvada rəsmi səfərdə olan Myanma baş naziri Min Ayn Hlayn Rusiya prezidenti Vladimir Putini “kral” adlandırıb. 

Mar 5, 2025 - 16:37
Myanma rejiminin başçısı Putini “kral” adlandırdı

SAVASHMEDİA.az bu barədə “Rossiya-1” telekanalına istinadə xəbər verir.

“Bildiyim qədər, siz Rusiyada beş-on il deyil, artıq kifayət qədər müddətdir ki, liderlik edirsiniz. Demək olar ki, bu, təkcə ölkənin lideri deyil, bu ölkənin kralıdır”, - deyə Myanmanın baş naziri Min Ayn Hlayn söyləyib.

Min Ayn Hlayn hərbi xuntanın lideri olaraq 2021-ci ildə Myanmada hərbi çevriliş təşkil edib və seçkilərdə qalib gəlmiş hökiməti devirib. Bu, indiyədək ölkədə davam edən vətəndaş müharibəsinə gətirib çıxarıb.

Xatirə SADİQ