“Putin unutmasın, Ukrayna yanacaqsa, Moskva da yanacaq” - Zelenski
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya rəhbərliyini növbəti dəfə hədələyib.
SAVASHMEDİA.az xəbər verir ki, Zelenski Ukrayna qüvvələrinin Moskva neft emalı zavoduna endirdiyi zərbənin Kiyevin Peçersk monastrına edilən hücuma cavab olduğunu bildirib.
Onun sözlərinə görə, Ukrayna müharibənin uzanmasını istəmir, lakin hücumlara da səssiz qalmayacaq.
“Əgər Putin bu müharibəni dayandırmaq istəmirsə, biz də boş dayanmayacağıq. Ukrayna yanırsa, Moskva da yanacaq”, - Zelenski vurğulayıb.
Qeyd edək ki, son günlər Ukrayna pilotsuz uçuş aparatları Moskva yaxınlığındakı iri neft emalı müəssisələrinə zərbələr endirib. Hücumlar nəticəsində yanğınlar baş verib və paytaxtın bəzi hava limanlarında fəaliyyət müvəqqəti məhdudlaşdırılıb.
Oğuz