"Dövlət himnini dəyişməliyik" - Qırğızıstan prezidenti

Qırğızıstan Prezidenti Sadır Japarov parlamentin spikeri Nurlanbek Şakiyevin dövlət himninin dəyişdirilməsi ideyasını dəstəkləyib.

Oct 31, 2024 - 01:02
"Dövlət himnini dəyişməliyik" - Qırğızıstan prezidenti

SAVASHMEDİA.az oxu.az-a istinadla xəbər verir ki, Qırğızıstan prezidenti bu barədə "Kabar" dövlət xəbər agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, respublikanın hazırkı himni 33 il əvvəl qəbul edilib və o vaxtdan Qırğızıstan dövlət kimi tam formalaşıb.

"Gəncləri və gələcək nəsilləri ruhlandıracaq yeni himn yazmağın vaxtıdır", - deyə S.Japarov bildirib.