"Putinə edilən zənglərdən sonra..." Zelenski Şoltsu ittiham etdi
Ukrayna prezident Volodimir Zelenski noyabrın 18-də günortadan sonra Odessaya raket hücumunu Rusiyanın nümayişkaranə zərbələri adlandırıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Zelenski “Telegram”da yazıb.
Onun sözlərinə görə, Rusiyanı yalnız müharibə maraqlandırır.
“Bunlar təsadüfi zərbələr deyil, nümayişkaranə zərbələrdir. Putinə edilən zənglərdən sonra guya Rusiyanı zərbələrdən “çəkindirmək” haqqında yalan qeybətlərdən sonra. Rusiya göstərir ki, onu sözün əsl mənasında nə maraqlandırır: yalnız müharibə”, - Ukrayna prezidenti əlavə edib.
Zelenski hesab edir ki, bu siqnal G20 üzvlərinin toplaşdığı zallardan tutmuş bütün paytaxtlara qədər dünyanın hər yerində eşidilməlidir.
Noyabrın 18-də günortadan sonra Rusiya ordusunun Odessaya raket hücumu nəticəsində 8 mülki şəxs həlak olub.
Xatirə SADİQ