“Rusiyaya hücum edəcəklər, bu, dəlilikdir” – Maduro
Venesuela prezidenti Nikolas Maduro ABŞ, Fransa və Böyük Britaniyanın Rusiya Federasiyasına qarşı uzaqmənzilli silahlardan istifadə etmək qərarını ağılsızlıq adlandırıb.
SAVASHMEDİA.az “TASS”a istinadən xəbər verir ki, Maduro bunu XXI əsrin tarixi Bolivar blokunun Konqresinin bağlanışında bildirib.
“ABŞ, Fransa və Böyük Britaniya hökumətləri bacımız Rusiyaya hücum etmək üçün uzaqmənzilli raketlərindən istifadə etməyə indicə icazə veriblər. Amerika imperializmi dəlilik və qisas mərhələsinə qədəm qoyub”, - deyə o, vurğulayıb.
Venesuelanın inkişaf etməkdə olan çoxqütblü dünyaya aid olduğunu vurğulayan Maduro Latın Amerikası və Karib hövzəsini Amerika imperializminin və onun Avropa vassallarının müstəmləkə pəncələrindən azad etməyə çalışacağını, ölkəsini qrinqo imperiyasının döyüşkən dəliliyindən qorumağın vacibliyini söyləyib.
Xatirə SADİQ