Vaqif Cavadovdan futbolçulara sərt qadağalar - "Sumqayıt"da Samir Abbasovun qaydaları ləğv olundu
"Sumqayıt"ın yeni baş məşqçisi Vaqif Cavadov Samir Abasovun ondan əvvəl müəyyənləşdirdiyi iş prinsiplərini dəyişib.
Ən azı qış fasiləsindək vəzifə başında qalacağı gözlənilən çalışdırıcı komandanın hazırlıq planına ciddi surətdə "əl gəzdirib".
Onun istəyi ilə kollektiv hər Premyer Liqa matçından öncə otelə yığışacaq.
Gənc mütəxəssis gecə saatlarında hansısa futbolçunun olduqları məkanı tərk etməsinə yasaq gətirib. Həmçinin saat 23:00-dan sonra dəhlizdə görünənləri cərimə gözləyir.
Samir Abasovun dönəmində qaydalar daha yumşaq idi. Oyunçular oyuna birbaşa evdən gəlirdilər.
sportinfo.az