"Turan Tovuz" İbrahima Vadji ilə müqaviləni yenilədi

"Turan Tovuz" heyətinin əsas üzvlərindən olan İbrahima Vadji ilə müqavilənin müddətini uzadıb.

Jun 26, 2026 - 18:58
"Turan Tovuz" İbrahima Vadji ilə müqaviləni yenilədi

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, seneqallı təcrübəli hücumçu ilə 1+1 illik yeni müqavilə imzalanıb. Bununla da Vadji növbəti mövsümdə də Tovuz təmsilçisinin uğurları üçün mübarizə aparacaq, müqavilədə isə daha bir il uzadılma imkanı nəzərdə tutulub.

30 yaşlı forvard 2025-ci ilin yayında "Turan Tovuz"a transfer olunub və qısa müddətdə komandanın hücum xəttinin vacib oyunçularından birinə çevrilib. 

Aytən