"Kubok Ronaldonun olacaq, onu sehrimlə qoruyuram" - Qanalı şamandan AÇIQLAMA

Qanalı şaman Nana Kvaku Bonsam Dünya Çempionatı ilə bağlı növbəti qalmaqallı açıqlama verib.

Jun 26, 2026 - 18:34
"Kubok Ronaldonun olacaq, onu sehrimlə qoruyuram" - Qanalı şamandan AÇIQLAMA

SAVASHMEDİA.az xəbər verir ki, daha əvvəl İngiltərə millisinin hücumçusu Harri Keyni "ovsunladığını", daha sonra isə onun üzərindəki "cadunu götürdüyünü" iddia edən Bonsam bu dəfə favoritini açıqlayıb.

Qanalı cadugərin sözlərinə görə, 2026-cı ildə dünya çempionu Portuqaliya millisi olacaq və turnirin sonunda kuboku Kriştiano Ronaldo başı üzərinə qaldıracaq. O, Ronaldonu "xeyir-duası və sehri ilə qoruduğunu" da bildirib.

Bonsam vurğulayıb ki, İngiltərə də uğurlu çıxış edəcək, lakin Harri Keyn və komanda yoldaşları həlledici anda turnirlə vidalaşmalı olacaqlar. O israrla təkrar edib ki, kubok məhz Portuqaliyaya gedəcək.

Şaman Keyn barədə də xüsusi danışıb. Bonsam bildirib ki, İngiltərə millisinin kapitanı düşməni deyil və artıq onun üzərindəki "cadunu ləğv edib". Hətta gələcəkdə övladlarından birinə Harri adını verməyi planlaşdırdığını da deyib.

Xatırladaq ki, Nana Kvaku Bonsam bundan əvvəl Harri Keynin Qanaya qarşı oyunda qol vura bilməyəcəyini iddia etmişdi. 0-0 hesabı ilə yekunlaşmış qarşılaşmadan sonra isə bunu öz "cadusu" ilə əlaqələndirmiş və daha Keyni "azad etdiyini" açıqlamışdı. 

Oğuz