“Ulduz”da qatar yoluna düşən gəncin hər iki ayağı... - Son durumu açıqlandı
Ötən gün saat 19:00 radələrində metronun “Ulduz” stansiyasında qatar yoluna düşən sərnişinin son vəziyyəti açıqlanıb.
Kliniki Tibbi Mərkəzdən (KTM) bildirilib ki, "Ulduz" metrostansiyasında qatar yoluna düşən 20 yaşlı şəxsin (kişi cinsli) vəziyyəti ağır stabildir.
SAVASHMEDİA.az xəbər verir ki, mərkəzə hospitalizasiya edilən sərnişinin hər iki ayağı amputasiya olunub.
Oğuz