“Netanyahu tualetə getdi, sonra isə...” – Boris Consondan gündəmi silkələyən AÇIQLAMA
İngiltərənin “The Telegraph” nəşri Böyük Britaniyanın keçmiş baş naziri Boris Consonla Benyamin Netanyahunun 2017-ci ildə baş tutmuş görüşü ilə bağlı sensasion məqalə dərc edib.
SAVASHMEDİA.az xəbər verir ki, nəşr Netanyahu həmin vaxt Boris Consona məxsus şəxsi vanna otağından istifadə etdikdən sonra tualetdə dinləmə cihazı tapılıb.
Nəşr xatırladıb ki, sözügən görüşün baş tutduğu 2017-ci ildə Boris Conson Xarici işlər naziri postunu tuturdu və Netahyahu ilə də XİN rəhbəri kimi görüşüb. Tərəflər arasında görüş başlayandan bir qədər sonra Netanyahu ofisin tualetindən istifadə etmək istədiyini deyib və vanna otağına yollanıb.
Bu hadisəni oktyabrın 10-da nəşr olunacaq "Unleashed” adlı xatirələr kitabında xatırlayan Conson qeyd edib ki, Netanyahu tualetdən istifadə etdikdən sonra təhlükəsizlik qrupu orada axtarış aparıb və vanna otağından dinləmə cihazı tapılıb.
Səlcuq