"Müharibə bitdi, İranla çox yaxşı razılıq əldə etdik" - Tramp

ABŞ Prezidenti Donald Trump Vaşinqton və Tehran arasında hərbi qarşıdurmanın dayandırılması ilə bağlı razılıq əldə olunduğunu açıqlayıb.

Jun 12, 2026 - 00:52
Jun 12, 2026 - 01:04
"Müharibə bitdi, İranla çox yaxşı razılıq əldə etdik" - Tramp

SAVASHMEDİA.az xəbər verir ki, Tramp tərəflərin əsas məsələlər üzrə anlaşdığını, hazırda isə sənədləşmə prosesinin yekunlaşdırıldığını bildirib.

“İranla müharibəni bitirmək üçün çox yaxşı razılığa gəlmişik. İndi sənədlərin hazırlanması və imzalanması qalır. Bu proses bir neçə gün ərzində başa çata bilər”, - ABŞ prezidenti vurğulayıb.

Trampın sözlərinə görə, razılaşmanın rəsmi şəkildə imzalanması artıq bu həftəsonu baş tuta bilər. 

ABŞ lideri bildirib ki, mümkün imzalanma mərasimi Avropada keçirilə bilər. Tramp tədbirdə şəxsən iştirak etməyəcəyini, imzalanma mərasimində  ABŞ-ni vitse-prezident J. D. Vensin təmsil edəcəyini bildirib.

Oğuz