Türkiyədə təyyarə radar dirəyinə çırpılıb, 267 sərnişin təxliyə olundu
Türkiyənin Antalya Hava Limanında "Boeing 777" tipli sərnişin təyyarə parkinq zamanı səhv yola daxil olub və radar dirəyinə çırpılıb.
SAVASHMEDİA.az bu barədə "Haber Global"a istinadən xəbər verir.
"267 sərnişinin təxliyə edildiyi hadisədə bir sərnişin yüngül xəsarət alıb, təyyarəyə və radar dirəyinə isə maddi ziyan dəyib", - məlumatda bildirilib.
"Türk Hava Yolları"nın (THY) mətbuat katibi Yəhya Üstün isə bildirib ki, hadisə ilə bağlı texniki araşdırma başladılıb.
Aytən