İran ilk dəfə ABŞ-yə məxsus F-35 qırıcısını vurdu - ANBAAN VİDEO
İranın tarixdə ilk dəfə olaraq ABŞ Hərbi Hava Qüvvələrinə məxsus beşinci nəsil F-35 qırıcı təyyarəsini vurub.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə İranın rəsmi dövlət radiosu (VOI) məlumat yayıb.
Məlumata görə, təyyarə İran üzərində döyüş tapşırığı yerinə yetirərkən zədələnib və regiondakı ABŞ aviabazalarından birinə məcburi eniş edib. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) faktı təsdiqləyərək, pilotun vəziyyətinin stabil olduğunu və insidentin araşdırıldığını bildirib.
Hazırda ABŞ rəsmiləri təyyarəyə dəyən zərərin miqyasını və hadisənin texniki nasazlıqdan, yoxsa xarici müdaxilədən qaynaqlandığını müəyyən etmək üçün təhqiqata başlayıblar.