Amerikalı jurnalistin sualı Putini qəzəbləndirdi
Vladimir Putin amerikalı həmkarı Donald Trampla istənilən vaxt görüşməyə hazır olduğunu bildirib.
SAVASHMEDİA.az xəbəır verir ki, bu barədə Rusiya prezidenti ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
“Onun (Tramp) və mənim nə vaxt görüşəcəyimizi bilmirəm. Çünki o, bu barədə heç nə demir. Dörd ildən çoxdur ki, onunla, ümumiyyətlə, danışmamışam. Mən buna, təbii ki, istənilən vaxt hazıram. Əgər o istəsə, görüşə hazır olacağam”, - deyə Putin bildirib.
Belə görüşün Rusiyanın zəifləmiş vəziyyətdə olduğu zaman baş tuta biləcəyini iddia edən amerikalı jurnalistin o halda Trampa hansı təkliflərin ediləcəyi ilə bağlı sualına Putin belə cavab verib: “Siz və ABŞ-də maaşları ödənilən insanlar həqiqətən də Rusiyanın zəifləmiş vəziyyətdə olmasını istərdiniz. Mən fərqli nöqteyi-nəzərdən yanaşıram. Hesab edirəm ki, Rusiya əvvəlki iki-üç ildə xeyli güclənib, çünki biz həqiqətən də suveren ölkəyə çevrilirik, artıq kimdənsə az asılıyıq. İqtisadi baxımdan əminliklə ayaq üstə durmaq imkanındayıq”.
Putun əlavə edib ki, Rusiya Silahlı Qüvvələrinin döyüş hazırlığı hazırda müdafiə sənayesi kimi dünyada ən yüksək yerdədir. Onun sözlərinə görə, Moskva istehsalatı o cümlədən gələcək üçün də sürətlə artırır.
“Bunu bizim düşmənlərimiz haqqında demək olmaz. Rusiya əhəmiyyətli şəkildə bu gün bizim müvəffəq olmaq istədiyimiz vəziyyətdədir. O, möhkəmləndi. Və biz başqalarının fikrinə baxmadan qərarlar qəbul edəcəyik, yalnız öz milli maraqlarımızı rəhbər tutacağıq”, - deyə Putin vurğulayıb.
Xatirə SADİQ