"Sabah"ın məşqçisinə dedim ki, o jestə görə üzr istəsin... - Qurbanov davadan danışdı
Misli Premyer Liqasının 22-ci turu çərçivəsində keçirilən “Qarabağ” - “Sabah” oyununun sonlarında yaşanan gərginliyin səbəbi məlum olub.
SAVASHMEDİA.az xatırladır ki, "Qarabağ"ın hesabı bərabərləşdirməsindən sonra texniki zonada tərəflər arasında insident baş verib.
Məlumata görə, hadisəyə səbəb “Sabah”ın məşqçilərindən birinin “Qarabağ”ın məşqçisi Müşfiq Hüseynova qeyri-etik jest etməsi olub.
Bu epizodla bağlı Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov bir neçə dəfə rəqib düşərgəyə narazılığını bildirsə də, bu faydasız olub və nəticədə gərginlik yaşayıb.
Matçdan sonra keçirilən mətbuat konfransında isə “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas qarşı tərəfdən üzr istəyib:
“İnsidentə görə qarşı tərəfdən üzr istədik. Sözün açığı, həmin anı görməmişdim. Fikrimi oyuna cəmləmişdim, bir də gördüm ki, gərginlik baş verib. “Sabah” olaraq biz heç vaxt belə halları dəstəkləmirik. Bu cür hallar fair-play qaydalarına ziddir”.
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun isə baş verənlərə reaksiyası belə olub:
“Oyundan sonra rəqib komandanın baş məşqçisi ilə matçda baş verən münaqişədən danışdıq. Çünki onların köməkçisi bizə qarşı ədəbsizlik etmişdi. Bildirdim ki, bizim bütün heyətdən buna görə üzr istəmək lazımdır. O da dedi ki, məşqçinin əvəzinə hamımızdan üzr istəyir”.
Oğuz