"Həmin gün xanımımla Barselonada idik, zəng gəldi..." - Mourinyo "Qarabağ"dan danışdı

Məşhur futbol mütəxəssisi Joze Mourinyo “Benfika”nın baş məşqçisi təyin olunmasını şərh edib.

Sep 23, 2025 - 21:01
"Həmin gün xanımımla Barselonada idik, zəng gəldi..." - Mourinyo "Qarabağ"dan danışdı

SAVASHMEDİA.az xəbər verir ki, o, bu barədə Portuqaliyanın “A Bola” nəşrinə geniş müsahibəsində bildirib.

Mourinyo deyib: “Altı il əvvəl mənimlə ‘Benfika’ əlaqə saxlamışdı, amma onda işim vardı deyə heç nə alınmadı. Bu yay isə ümumiyyətlə, klubla heç bir təmasım olmamışdı. Heç kimlə. “Fənərbaxça” ilə müqaviləm var idi və onu sona qədər yerinə yetirmək fikrindəydim. Portuqaliyaya klub məşqçisi kimi qayıtmaq barədə heç düşünmürdüm. Həmişə hesab edirdim ki, Roberto Martínez 2026-cı il dünya çempionatını qazana bilər, sonra da şərəflə ayrılmaq istəyəcək və həmin vaxt mən gələcəyəm”.

Mourinyo bu təyinatının “Benfika”nın Çempionlar Liqasında “Qarabağ”a məğlubiyyətdən (2:3) sonra baş tutmasına da toxunub: 

“Benfika”a "Qarabağ’a oyunu uduzduğu gün mən xanımımla birlikdə Barselonada idim. Ertəsi mənə birbaşa prezidentin özü zəng edərək dedi: “Cənab, danışa bilərikmi? Mən səni “Benfika”da işləyə biləcək baş məşqçi görmək istərdim””. Mən də cavab verdim ki, günün sonunda Portuqaliyaya gələcəyəm və danışarıq. Bütün hekayə bundan ibarətdir”.

qol.az