“Qarabağ bizim deyildi, necə bizim ola bilərdi ki..” - Paşinyandan ETİRAF + VİDEO

Ermənistanın Baş naziri Nikol Paşinyan seçki kampaniyasını davam etdirir. 

May 10, 2026 - 15:36
“Qarabağ bizim deyildi, necə bizim ola bilərdi ki..” - Paşinyandan ETİRAF + VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, bu gün seçiciləri ilə görüşən Paşinyan "Qarabağ bizim idi, onu itirdik" deyənlərə sərt reaksiya verib.

Baş nazir bildirib ki, bunu deyənlər Qarabağda heç bir şey tikməyiblər, yaşamayıblar: 

"Deyirlər ki, Qarabağ bizim idi. Biz torpağımızı itirmişik. Bu torpaq necə bizim idi? Zəhmət olmasa, izah edin, necə bizim idi?

Ölənlərin arxasınca danışmaq istəmirəm. Orada buğda əkən bir neçə generalın nəzarəti altındamı bizim idi? Necə bizim idi? Necə də? İzah edin, zəhmət olmasa! 

Biz orada uşaq bağçasımı tikdik, məktəbmi tikdik, fabrikmi inşa etdik? Oradamı yaşadıq? Qəsəbəmi saldıq? Nə etdik orada? Ora bizim deyildi, nə desələr də, bizim deyildi..."

Banu

Посмотреть эту публикацию в Instagram

Публикация от Zulfuqar Savaş (@savashmedia.az)