“Allah eləməsin Belarusda qadını prezident seçsinlər” – Aleksandr Lukaşenko
Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsində qadının dövlət başçısı olması məsələsinə münasibət bildirib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “BelTA” agentliyi Lukaşenkodan sitat gətirib.
“Allah eləməsin Belarusda qadını (prezident – red) seçsinlər. ABŞ prezidentinin o səlahiyyətləri yoxdur, burada isə hər şeyə diqqət yetirmək lazımdır. Belarusda prezident ali baş komandandır”, - deyə Lukaşendo vurğulayıb.
Onun sözlərinə görə, prezidentlik ağır işdir. “Qadını belə yükləməyə ehtiyac yoxdur, bu, mərasim vəzifəsi deyil. Ola bilsin ki, zaman keçdikcə biz də bu üsluba gələcəyik. Amma hələlik o fərqlidir. Mən qadınların qarşısında baş əyirəm və onların rolunu heç də aşağılamıram. Amma onlar yanımızda olmalıdırlar”, - deyə Belarusun dövlət başçısı əlavə edib.
Qeyd edək ki, Lukaşenko 30 ildir Belarusda hakimiyyətdədir.
Lukaşenkonun rəqiblərindən biri Svetlana Tixanovskaya mühacirətdə olan Belarus demokratik hökumətinin sədridir və xaricdə yaşayır. Onun digər rəqibi –Belarusda 2020-ci ildə keçirilən etiraz aksiyalarının ən məşhur iştirakçılarından biri Mariya Kolesnikova ümumi rejimli koloniyada həbs cəzasını çəkir.
Xatirə SADİQ