Almaniya Rusiyadan qaz tədarük etməyəcək
Almaniya İqtisadi İşlər Nazirliyi dövlət idxal terminallarına Rusiyadan mayeləşdirilmiş təbii qazın (LNG) tədarükündən imtina etməyi tapşırıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Nazirlik “Deutsche Energy Terminal”a Rusiya LNG-nin heç bir tədarükünü qəbul etməməyi əmr edib.
Bu sərəncamın üstün ictimai maraqları qorumaq üçün verildiyini vurğulayan nazirlik operatoru “sonrakı xəbərdarlığa qədər” Rusiya LNG-dən imtina etməyə çağırıb.
Rusiyanın Ukraynaya genişmiqyaslı təcavüzündən sonra Almaniya bu ölkədən LNG idxal etməyib. 2022-ci ilin oktyabrından Almaniya Fransadan boru kəməri qazı almağa başlayıb.
Xatirə SADİQ