"Bilirəm Ramzan, uğurlar" - Putin 

Rusiya Prezidenti Vladimir Putin Çeçenistanda keçiriləcək növbəti prezident seçkiləri ilə bağlı Ramzan Kadırovun yenidən dəstək qazanacağına ümid etdiyini bildirib.

Apr 30, 2026 - 00:29
"Bilirəm Ramzan, uğurlar" - Putin 

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Putin Kremldə Çeçenistan rəhbəri Ramzan Kadırovla görüş zamanı danışıb.

“Növbəti seçki dövrü yaxınlaşır. Ümid edirəm ki, respublika əhalisi sizi dəstəkləyəcək”, – deyə Putin qeyd edib. O, Kadırovun rəhbərliyi dövründə Çeçenistanda ciddi inkişafın əldə olunduğunu da vurğulayıb.

Ramzan Kadırov isə Putinə təşəkkür edərək belə deyib: “Sizi məyus etməyəcəyik. Əgər xalq məni yenidən seçərsə, sizə sadiq bir əsgər kimi xidmət etməyə davam edəcəyəm və etimadı doğruldacağam”.

Putin də cavabında ona uğurlar arzulayıb: “Bilirəm, Ramzan. Uğurlar!”

Məlumata görə, Çeçenistanda seçkilər 2026-cı il sentyabrın 20-də, vahid səsvermə günündə keçiriləcək.

Ramzan Kadırov 2007-ci ildən Çeçenistana rəhbərlik edir. O, sonuncu dəfə 2021-ci ildə “Vahid Rusiya” partiyasının namizədi kimi keçirilən seçkilərdə səslərin 99,7 faizini toplayaraq yenidən prezident seçilib.

Oğuz