DÇ-2026 stadionlarında İLAN TƏHLÜKƏSİ - Komandalara xəbərdarlıq edildi

2026 Dünya Çempionatı hazırlıqları zamanı gözlənilməz bir məsələ gündəmə gəlib. 

Jun 18, 2026 - 19:29
DÇ-2026 stadionlarında İLAN TƏHLÜKƏSİ - Komandalara xəbərdarlıq edildi

SAVASHMEDİA.az xəbər verir ki, ABŞ-də bəzi milli komandaların məşq etdiyi idman bazalarında zəhərli ilanlar görünüb.

İlanların görünməsi səbəbindən bir neçə məşq bazasında təhlükəsizlik tədbirləri artırılıb.

Məlumata görə, Almaniya, İsveçrə və Norveç milli komandaların düşərgələrində oxşar hallarla bağlı xəbərdarlıqlar edilib. Futbolçulara məşqlər zamanı daha diqqətli olmaları, xüsusilə açıq və otlu sahələrdə ehtiyatlı davranmaları tövsiyə olunub. 

Bu, futbolçular və texniki heyət arasında narahatlıq yaradıb, məşq prosesinə əlavə gərginlik gətirib.

Təşkilatçılar isə bütün sahələrdə yoxlamaların gücləndirildiyini və təhlükəsizlik tədbirlərinin davam etdiyini bildiriblər. 

Oğuz