Səfirliyimizin yaxınlığına kamikadze PUA düşdü - 20-dən çox... + FOTOLAR

İyulun 10-a keçən gecə Rusiya ordusu Kiyevə kütləvi hava hücumu həyata keçirib.

Jul 10, 2025 - 20:24
Səfirliyimizin yaxınlığına kamikadze PUA düşdü - 20-dən çox... + FOTOLAR

SAVASHMEDİA.az xəbər verir ki, hücumu zamanı kamikadze pilotsuz təyyarələrdən biri (PUA) Azərbaycanın Ukraynadakı səfirliyinin yaxınlığında yerə düşüb.

Hadisə nəticəsində Azərbaycan səfirliyinin yanında yerləşən dayanacaqda 20-dən çox avtomobil yanıb.

Qeyd edək ki, gecə Kiyevə hava hücumu zamanı azı 2 dinc sakin həlak olub, 20-dən çox insan yaralanıb.

Ümumilikdə Ukraynaya 400 pilotsuz təyyarə, 18 ballistik və müxtəlif tipli raketlər buraxılıb.

Banu

Xəbərin linki: https://haqqin.az/news/353620