“Senatla sanksiyalara dair qanun layihəsini müzakirə etmişik” – Marko Rubio
Ağ Ev administrasiyası Rusiyaya qarşı sanksiyalara dair qanun layihəsini Senatla müzakirə edib.
SAVASHMEDİA.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Kuala Lumpurda Sergey Lavrovla görüşdən sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Biz Konqres ilə bu qanunun necə görünməli olacağını müzakirə edirik. Görünür ki, prezidentə bu sanksiyaların necə və nə vaxt tətbiq ediləcəyi ilə bağlı çeviklik lazımdır, çünki bu, başa düşdüyünüz kimi, ona istənilən danışıqlarda maksimal üstünlük verir. Biz son həftə ərzində xüsusilə Senatla bu qanunvericiliyin necə görünəcəyi ilə bağlı danışdıq və hər iki palatanın liderləri bu istiqamətdə irəliləməyə hazır olduqlarını söylədilər”, – dövlət katibi vurğulayıb.
Rubio əlavə edib ki, ABŞ bir neçə həftə əvvəl Rusiyaya yeni sanksiyalar layihəsi qəbul edə biləcəyi barədə xəbərdarlıq edib.
Xatirə SADIQ