Putinin özünü öldürən nazirinin VİDA MESAJI yayıldı - Saatlar öncə nə yazıb?

Vəzifədən azad edildikdən sonra özünü öldürən Rusiyanın keçmiş nəqliyyat naziri Roman Starovoytun vida mesajı ortaya çıxıb.

Jul 10, 2025 - 22:06
Jul 10, 2025 - 22:33
Putinin özünü öldürən nazirinin VİDA MESAJI yayıldı - Saatlar öncə nə yazıb?

SAVASHMEDİA.az xəbər verir ki, mesaj sabiq nazirin özünü öldürdüyü vaxtdan qısa bir müddət öncə yazılıb. 

Belə ki, o, nazirliyin birgə mesajlaşma qrupuna “Ölkə üçün faydalı olmağa çalışmışam. Çox yaşayın” yazıb.

Nazirliyin əməkdaşları bunun vida mənası daşıdığını anlamayıblar.

Xatırladaq ki, Roman Starovoyt 7 iyulda Rusiya Prezidenti Vladimir Putinin fərmanı ilə vəzifədən azad edilib. Elə həmin gün Starovoytun meyiti Maleviç parkında öz avtomobilində tapılıb. O, özünü güllələyərək öldürüb.

Qeyd edək ki, bir müddət əvvəl istehkamların tikintisi zamanı mənimsəməyə görə saxlanılan Kursk vilayətinin keçmiş qubernatoru Aleksey Smirnov Roman Starovoytun əleyhinə ifadə verib. Nazirin bundan sonra vəzifədən azad edildiyi deyilsə də, Vladimir Putinin sözçüsü Starovoytla bağlı fərmanda “etimadını itirdiyinə görə vəzifədən azad edilir” ifadəsinin olmadığını bildirib.

Banu