Polis barrikada qurdu, CHP meydan savaşına girib - İstanbul qarışdı

Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) qərargahına daxil olmağa çalışan polislə izdiham arasında toqquşmalar şiddətlənib. 

Sep 8, 2025 - 14:33
Sep 8, 2025 - 14:44
Polis barrikada qurdu, CHP meydan savaşına girib - İstanbul qarışdı

SAVASHMEDİA.az xəbər verir ki, polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə etməyə başlayıb.

Xatırladaq ki, etirazçılar məhkəmənin CHP-nin İstanbul bölgə sədrliyinə təyin etdiyi müvəqqəti sədr Gürsel Tekinin binaya daxil olmasına imkan vermirlər. 

Polis CHP qərargahına gedən yollar üzərində barrikadalar qurub və etirazçıların binaya yaxınlaşmasına mane olmağa çalışırlar. Buna baxmayaraq, izdiham CHP-nin qərargahına doğru irəliləməkdədir. 

CHP yetkililəri və millət vəkilləri ilə polis arasında vaxtaşırı toqquşmalar baş verir.

CHP sədri Özgür Özəl isə istanbulluları Atatarükün partiyasını qorumaq üçün qərargah önündə toplanmağa çağırıb.

Oğuz