Moskva Paşinyandan cavab gözləyir - Peskovdan AÇIQLAMA
Rusiya Ermənistanın Baş naziri Nikol Paşinyanın MDB liderlərinin qeyri-rəsmi sammitində iştirak edib-etməyəcəyi ilə bağlı qərarını gözləyir.
SAVASHMEDİA.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov bu barədə “Vesti” telekanalına müsahibəsində danışıb.
O bildirib ki, Moskva hələlik Paşinyanın dekabrın 21-də Sankt-Peterburqda keçiriləcək sammitə qatılıb-qatılmayacağını bilmir.
Peskovun sözlərinə görə, Ermənistanın baş naziri Rusiyaya səfəri zamanı bu məsələ ilə bağlı mövqeyini açıqlaya bilər.
Qeyd edək ki, Paşinyanın dekabrın 3-də Moskvaya səfəri və Rusiya Prezidenti Vladimir Putinlə görüşü əvvəlcədən razılaşdırılıb. Kreml səfərə hazırlıq aparıldığını təsdiqləyib.
Oğuz