BDU-nun qəfil ölən müəllimi rektorun qurbanı olub? - Xanımından ŞOK AÇIQLAMA

Bakı Dövlət Universitetinin (BDU) müəllimi Nəriman Süleymanovun qəfil vəfatı ilə bağlı həyat yoldaşı, jurnalist Şərəf Cəlili açıqlama verib.

Nov 19, 2026 - 13:48
BDU-nun qəfil ölən müəllimi rektorun qurbanı olub? - Xanımından ŞOK AÇIQLAMA

SAVASHMEDİA.az lent.az-a istinadən xəbər verir ki, o, hadisəni təsdiqləyərək bu sözləri deyib: “İnformasiyanı bilirsiniz, xəbər doğrudur. O, bir rektorun qurbanı oldu”.

Ş.Cəlili hadisənin təfərrüatları ilə bağlı hələlik geniş danışmaq istəməyərək əlavə edib: “Sərəncama diqqət edin, bu barədə sonra açıqlama olacaq”.

Jurnalistin bu ifadələrlə bu gün BDU-nun rektoru Elçin Babayevin vəzifədən azad edilməsini nəzərdə tutduğu təxmin edilir, lakin məsələnin digər detalları hələlik məlum deyil.

Xatırladaq ki, bir neçə ay əvvəl N.Süleymanovun adı tələbələrinə qarşı qeyri-etik hərəkətlərə yol verməkdə hallanmışdı.