Prokuror Namizəd Səfərova 8 il cəza istədi

Hüquqşünas Namizəd Səfərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Nov 19, 2026 - 13:27
Prokuror Namizəd Səfərova 8 il cəza istədi

SAVASHMEDİA.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda iş materialları araşdırılıb və məhkəmə istintaqı başa çatdırılıb.

Dövlət ittihamçısı Valeh Ələkbərov Namizəd Səfərovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Növbəti məhkəmə iclası noyabrın 26-da keçiriləcək.

İttihama əsasən, Vəkillər Kollegiyasından xaric edilən Səfərov Günel Əfəndiyevaya vəzifəli şəxslərlə əlaqələrindən istifadə edərək onu vəzifəyə təyin etdirəcəyini vəd edib. Bu məqsədlə qadından 53 min manat aldığı, lakin vədinə əməl etmədiyi bildirilir.

Ona Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (külli miqdarda ziyan vurmaqla dələduzluq) ilə ittiham irəli sürülüb.

Aytən