"Bəzi namizədlər seçkiyə problem yaratmaq üçün qoşulur" - Pənahov

"Namizədlərin məcəllənin tələblərinə uyğun olmayan hansısa sənədləri olarsa, onların namizədliyi təsdiqlənməyəcək".

Dec 21, 2024 - 17:26
"Bəzi namizədlər seçkiyə problem yaratmaq üçün qoşulur" - Pənahov

SAVASHMEDİA.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında qurum sədri Məzahir Pənahov deyib.

O bildirib ki, namizədlərin sayının çoxluğu müsbət haldır:

"Əgər hansısa problem olsa, onlar bizə müraciət edə bilərlər. Lakin bəziləri namizədlik üçün yox, problem yaratmaq üçün seçkiyə qoşulurlar. Bu hallara yol verilməməlidir. Sevindiricidir ki, son illərdə bu hallar azalıb".