"Rusiya və Ukrayna bu həftə razılığa gələcəklər" - Tramp

ABŞ prezidenti Donald Tramp Rusiya və Ukraynanın bu həftə razılığa gələcəyinə ümid etdiyini bildirib.

Apr 21, 2025 - 01:25
"Rusiya və Ukrayna bu həftə razılığa gələcəklər" - Tramp

SAVASHMEDİA.az xəbər verir ki, bunu ABŞ lideri “Truth” sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, razılıq əldə olunandan sonra hər iki tərəf ABŞ-la əməkdaşlığa başlayacaq:

“Ümid edirəm ki, Rusiya və Ukrayna bu həftə razılığa gələcəklər. Hər iki tərəf inkişaf edən Amerika Birləşmiş Ştatları ilə biznesə başlayacaq və sərvət qazanacaq”.