Rusiya Trampa "yox" dedi - Atəşkəs uzadılmayacaq
Ukrayna Amerikanın HIMARS raket sistemlərindən istifadə etməklə "Pasxa atəşkəsi"nə əməl etməyib.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Birləşmiş Ştatların “Pasxa atəşkəsi”nin davamlı olacağına ümid etdiyinə dair bəyanatını şərh edərkən bildirib.
Onun sözlərinə görə, yanacaq-energetika kompleksinə hücumlara moratorium zamanı buna razılıq verən Zelenski mülki enerji infrastrukturunu hədəfə alıb.
Xatırladaq ki, dünən Kreml rəhbəri Putin bayram günlərində qüvvəyə minməli olan “ Pasxa atəşkəsi ”nin təşəbbüskarı olub və rəsmən elan edib.
Bu axşam prezident Volodimir Zelenski Moskvanın bütün əsas cəbhə xəttlərində atəşkəs vədini pozduğunu açıqladı. O, mülki infrastruktura uzun mənzilli dron və raket hücumlarının uzunmüddətli dayandırılmasını təklif edib.