Tokayevdən Putinə gözlənilməz məsləhət - "Ukrayna ilə barışmaq lazımdır"

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiya Prezidenti Vladimir Putinlə son görüşündə Ukraynadakı müharibənin dayandırılmasına çağırış edib.

Jul 26, 2026 - 18:30
Jul 26, 2026 - 18:33
Tokayevdən Putinə gözlənilməz məsləhət - "Ukrayna ilə barışmaq lazımdır"

SAVASHMEDİA.az xəbər verir ki, Tokayev münaqişənin dondurulmasını və tərəflərin yenidən sülh danışıqlarına başlamasını təklif edib. 

O, bunun üçün "İstanbul 2.0" formatına qayıtmağın mümkün həll yolu ola biləcəyini bildirib. 

Kremlin məlumatına görə isə Putin bu təkliflə razılaşmayıb. Rusiya tərəfi bildirib ki, Moskvanın irəli sürdüyü şərtlər yerinə yetirilmədən münaqişənin dondurulması mümkün deyil.

Xatırladaq ki, Vladimir Putin və Kasım-Jomart Tokayev 25 iyul 2026-cı il tarixində Rusiyanın Omsk şəhərində görüşüblər. Liderlər XXII Rusiya–Qazaxıstan Regionlararası Əməkdaşlıq Forumu çərçivəsində əvvəlcə ikitərəfli görüş keçirib, daha sonra forumun plenar iclasında iştirak ediblər.

Aytən