Cəmil Həsənli yenidən DTX-yə çağırıldı
Milli Şuranın sədri Cəmil Həsənli yenidən Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) çağırılıb.
SAVASHMEDİA.az xəbər verir ki, Cəmil Həsənli bu barədə özü məlumat yayıb.
O, çağırılma səbəbini bilmədiyini qeyd edib.
Xatırladaq ki, Milli Şuranın sədri ötən ay Dubaya gedərkən hava limanında saxlanılıb. DTX-yə aparılan Cəmil Həsənli "Ramiz Mehdiyev işi" ilə bağlı ifadə verdikdən sonra sərbəst buraxılıb.
Banu