Putin onlara zəng etmir - Peskov açıqladı
Rusiya Prezidenti Vladimir Putin Prezident Administrasiyasının əməkdaşlarına nə stasionar, nə də mobil telefonla zəng edir.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov açıqlama verib.
Onun sözlərinə görə, Putin dövlət rəsmiləri ilə əlaqə saxlamaq üçün adi telefon rabitəsindən deyil, yalnız xüsusi hökumət rabitə sistemindən istifadə edir. Bu səbəbdən prezidentin administrasiya əməkdaşlarına mobil və ya stasionar telefonla zəng etməsi praktikası yoxdur.
Peskov bildirib ki, məzuniyyətdə olan əməkdaşlarda həmin xüsusi rabitə vasitəsi olmur. Buna görə də onlar istirahət zamanı iş məsələləri ilə bağlı narahat edilmir və iş prosesindən müvəqqəti ayrılmış hesab olunurlar.
Oğuz