Aktyoru sancan ilan niyə ölüb? - Dostundan AÇIQLAMA

Xəbər verdiyimiz kimi Milli Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar artist Elnur Kərimovu dünən ilan sancıb. 

Jul 26, 2026 - 14:19
Aktyoru sancan ilan niyə ölüb? - Dostundan AÇIQLAMA

SAVASHMEDİA.az xəbər verir ki, moderator.az aktyorun səhhəti ilə bağlı onunla əlaqə saxlamağa çalışsa da, zənglər cavabsız qalıb. 

Aktyorun sənət dostu, Əməkdar artist İlham Əsədov isə açıqlamasında onun səhhətinin yaxşı olduğunu və hazırda istirahət etdiyini bildirib:

"Hadisə qohumlarının bağında baş verib. Tez müdaxilə edildiyinə və vaxtında həkimə çatdırıldığına görə qorxulu bir şey yoxdur. Görünür elə də öldürücü, zəhərli ilan olmayıb. Bakı kəndlərində ilan, tısbağa, qurbağa çox olur. Bu adi haldır. Elnurun telefonlara cavab verməməsinə səbəb həm istirahətdə olmasıdır, həm də artıq bu mövzu ilə bağlı danışmaq istəməməsidir".  

Aktyor sosial şəbəkədə yayılan "Elnur Kərimovu sancan ilan ölüb" iddiasına da münasibət bildirib:


"İlan Elnuru sancandan sonra özü ölməyib. Həmin ilanı öldürüblər. Bilmirəm ilanın ölümünü niyə bu qədər yazıb-pozurlar.. İnsan qalıb bir kənarda, ölən ilandan danışırlar. Bir azdan soruşacaqlar ki, ilan harada basdırılıb?".