Rza Pəhləvi İranda hakimiyyətə gətirilir? - Netanyahudan VACİB AÇIQLAMA
İsrailin Baş naziri Benyamin Netanyahu İran şahının mühacirətdəki oğlu Rza Pəhləvidən danışıb.
SAVASHMEDİA.az xəbər verir ki, baş nazir proseslərin inkişafından asılı olaraq Pəhləvini İranın yeni rəhbəri kimi tanıya biləcəyi ehtimalını dəyərləndirib.
Pəhləvini nəzərə alınması vacib fiqur adlandıran Netanyahu prosesləri qabaqlamamağı üstün tutub:
"İranın rəhbərliyində kimin və ya kimlərin təmsil olunacağı ilə bağlı konkret nəsə deməyəcəyəm. Yalnız onu deyim ki, Rza Pəhləvi nəzərə alınmalı qüvvədir. O, keçid hökuməti qurmağa və xalqı demokratiyaya mülayim keçidi təmin etmək üçün birləşməyə çağırır.. Ümid edirəm ki, onun bu səyləri nəticə verəcək, amma indidən konkret nəsə demək üçün hələ tezdir".
Səlcuq