"Ukrayna bunun cavabını verəcək" - İran XİN hədələdi

İran hakimiyyəti Ukraynanın Xəzər dənizində İranın ticarət gəmisinə endirdiyi zərbənin cavabsız qalmayacağını bəyan edib.

Jul 26, 2026 - 19:11
"Ukrayna bunun cavabını verəcək" - İran XİN hədələdi

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə İran Məclisinin vitse-spikeri Əli Nikzad parlamentdə çıxışı zamanı danışıb.

O bildirib ki, İrana qarşı istənilən hücumun həyata keçirildiyi məkan ölkənin silahlı qüvvələri üçün qanuni hədəfə çevriləcək. Nikzad Ukraynanın addımını "düşünülməmiş hərəkət" adlandıraraq, onların layiqli cavablarını alacaqlarını vəd edib.

Xatırladaq ki, Xəzər dənizində İranın ticarət gəmisinə hücuma görə Uraynanın müvəqqəti işlər vəkili İran XİN-əi çağırılıb.

Hücum nəticəsində gəminin bir heyət üzvü həlak olub, daha bir nəfər isə yaralanıb.

Oğuz