İrandan HÖRMÜZ BOĞAZI ilə bağlı sərt açıqlama - Keçid üçün şərt qoyuldu
İran Hörmüz boğazından təhlükəsiz keçidin ölkənin suveren hüquqlarına hörmət edilməsindən asılı olduğunu bəyan edib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Əli Əzmayi açıqlama verib.
O, Fars körfəzindəki adalarda yerləşən hərbi əməliyyat bölmələrindən birinə səfəri zamanı bildirib ki, Hörmüz boğazına nəzarət İran üçün sadəcə bəyanat deyil, real əməliyyat vəziyyətidir.
Komandanın sözlərinə görə, İran strateji əhəmiyyətli bu su yoluna nəzarət etməklə yanaşı, boğazın özündə qüvvələr nisbətini dəyişmək imkanına da malikdir.
Ə. Əzmayi vurğulayıb ki, Hörmüz boğazında sabitlik və təhlükəsiz gəmiçilik yalnız İranın qanuni suveren hüquqlarına hörmət edilməsi şərti ilə mümkündür.
Aytən