Türklər və amerikalılarla nədən danışılıb - Ukrayna tərəfi açıqladı
Ukrayna Prezidentin ofisi İstanbulda Türkiyə, ABŞ və Ukrayna heyətlərinin görüşündə hansı məsələlərin müzakirə edildiyini açıqlayıb.
SAVASHMEDİA.az bu barədə Ukrayna KİV-nə istinadən xəbər verir.
Məlumatda deyilir ki, görüş zamanı tərəflər Ukrayna üçün ədalətli və davamlı sülhə gətirib çıxarmalı olan real mexanizmlər üzərində birgə işi müzakirə ediblər.
Bütün tərəflər açıq şəkildə vurğulayıblar ki, müharibə davamlı və ədalətli sülhlə başa çatmalıdır, tam və qeyd-şərtsiz atəşkəs isə gələcək qərarlar üçün əsasdır. Bundan başqa humanitar məsələlər, xüsusilə ukraynalı məhbusların azad edilməsi və uşaqların geri qaytarılması müzakirə mövzusu olub.
“Eyni zamanda, Rusiya növbəti dəfə nümayiş etdirdi ki, sülhdə maraqlı deyil. Bu, onun müvafiq nümayəndəlik səviyyəsində danışıqlara getməməsi, beynəlxalq təşəbbüslərə məhəl qoymaması və təcavüzü dayandırmaqdan imtina etməsi ilə sübut olunur”, - Prezident ofisinin məlumatında vurğulanır.
Xatirə SADIQ