Ukrayna 2030-da Aİ-yə daxil olacaq?
Ukraynanın Avropa İttifaqına (Aİ) daxil olması üçün 1 yanvar 2030-cu il tarixi təyin oluna bilər.
SAVASMEDİA.az xəbər verir ki, bu təkliflə Litva prezidenti Gitanas Nauseda “Ukraynanı dəstəklə” beynəlxalq sammitində çıxış edib.
Litvanın dövlət başçısı qeyd edib ki, indi liderlik vaxtı yetişib və avropalılar gecikmədən məsuliyyəti öz üzərinə götürməlidir.
“Avropanın təhlükəsizliyi Ukraynanın təhlükəsizliyindən asılıdır. Məhz buna görə də gəlin Ukraynanın Aİ-yə daxil olmasını sürətləndirək. Mən 2030-cu ilin 1 yanvar tarixini təklif edirəm”, - deyə Nauseda vurğulayıb.
O, əlavə edib ki, ilk danışıqlar klasterinin açılışı yaxın həftələrdə mümkün ola bilər: “Biz Ukraynanın Aİ-yə yolunu labüd edəcəyik”.
Xatirə SADİQ