Bəşər Əsədi Moskvada zəhərlədirlər

Suriyanın sabiq Prezidenti Bəşər Əsədin Moskvada zəhərləndiyi bildirilir.

Oct 2, 2025 - 12:12
Bəşər Əsədi Moskvada zəhərlədirlər

SAVASHMEDİA.az ajans.az-a istinadla xəbər verir ki, bu barədə Suriya İnsan Haqları Müşahidə Mərkəzi (SOHR) məlumat yayıb.

Məlumata görə, Əsədin vəziyyəti hazırda sabitdir.

SOHR-un iddiasına əsasən, o, sentyabrın 29-da Moskvanın kənarındakı xəstəxanadan evə buraxılıb. Onun müalicə dövründə yalnız qardaşı Məhər Əsəd və keçmiş prezident işləri üzrə baş katib Mənsur Əzzamla təmasda olmasına icazə verilib.