ABŞ pinqvinlər yaşayan adalara niyə tariflər tətbiq edib? - AÇIQLANDI
ABŞ hökuməti pinqvinlərin yaşadığı qeyri-yaşayış Gerd və Makdonald adalarına qarşı tariflər tətbiq etdiklərinə aydınlıq gətirib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə ABŞ-nin ticarət naziri Hovard Lutnik CBS News-a müsahibəsində danışıb.
Onun sözlərinə görə, Vaşinqtion bununla digər ölkələr üçün dolayı yolları bağlayır.
“İdeya budur ki, diqqətdən kənarda ölkə qalmasın. Kimisə siyahıdan çıxarsanız, Amerikanı aldatmağa çalışan ölkələr bu dövlətlər vasitəsilə bizə gəlir”, - deyə Lutnik izah edib.
Nazir buna misal olaraq Çinin adını çəkib. O, xatırladıb ki, 2018-ci ildə ilk tariflər tətbiq olunduqdan sonra Çin məhdudiyyətlərdən yayınmağın oxşar yollarını tapır və ABŞ-yə mal tədarük edirdi.
Xatirə SADİQ