“Vəziyyət dramatikdir” - Fridrix Merts

Almaniyanın yeni kansleri Fridrix Merts ölkənin rəqabət qabiliyyətini təmin etmək üçün sürətli addımlar atmağa çağırıb.

Apr 7, 2025 - 14:57
“Vəziyyət dramatikdir” - Fridrix Merts

SAVASHMEDİA.az “Reuters”ə istinadən xəbər verir ki, Merts bununla ABŞ prezidenti Donald Trampın elan etdiyi iri tariflərdən sonra səhm və istiqraz bazarlarında baş verən enişə münasibət bildirib. 

“Beynəlxalq fond və istiqraz bazarlarında vəziyyət dramatikdir və daha da pisləşməklə təhdid edir. Buna görə də Almaniyanın beynəlxalq rəqabət qabiliyyətini mümkün qədər tez bərpa etməsi həmişəkindən daha aktualdır”, - deyə Merts “Reuters”ə bildirib. 

Almaniyanın yeni kansleri qeyd edib ki, bu məsələ koalisiya danışıqlarının mərkəzində olmalıdır. 

Aprelin 7-də əsas fond indeksləri düşüb, çünki Tramp tarif planlarından geri çəkilməyin əlamətini nümayiş etdirməyib. 

Avropa İttifaqının digər ölkələri ilə birlikdə Almaniya polad, alüminium və avtomobillərə 25% idxal tarifləri, eləcə də demək olar ki, bütün digər mallar üçün çərşənbə günündən etibarən 20% “qarşılıqlı” tariflərlə üzləşib.

Xatirə SADİQ